AZ

Aysun İsmayılova bu tarix üçün anons verdi: 100 min.... VİDEO

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Müğənni Aysun İsmayılova sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

“Cebheinfo.az" xəbər verir ki, o, qızının bir yaşı tamam olması münasibətilə izləyicilərinə xüsusi video hazırladığını bildirib.

“Deyirəm ki, Azərbaycanda bu günə qədər hansısa məşhurun şəkli 100 mini keçibmi? Mən bilmirəm, xəbərim yoxdur. Amma mənim qızımla şəklim 100 mini artıq keçdi. Bu arada, ayın 8-i Sevgi ilə çox gözəl bir video paylaşacam. Gözləmədə qalın. Qızımın 1 yaşını maraqlı bir video ilə tamamlayacam”, – deyə sənətçi vurğulayıb.

Qeyd edək ki, Aysun İsmayılova iki dəfə ailəli olub. O, ikinci evliliyindən olan qızı Sevgi ilə paylaşdığı fotolarda əvvəlcə onun üzünü gizlədirdi. Lakin son vaxtlar bu məhdudiyyəti tədricən aradan qaldırmağa başlayıb. Bununla yanaşı, yaxın günlərdə Aysunun yeni sevgilisi ilə bağlı paylaşımı da sosial mediada ciddi müzakirələrə səbəb olmuşdu.

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
4
cebheinfo.az

5Mənbələr