Ölkəmizdə isti hava şəraiti davam edir. Bəzi yerlərdə 41 dərəcə isti var.
Bəs temperatur 41 dərəcədən yüksək olduqda, işə hansı hallarda fasilə verilə bilər?
Məsələ ilə bağlı hüquqşünas Məleykə Salamzadə “Cebheinfo.az”-a bildirib ki, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilir. Bu zaman fasilələr Əmək Məcəlləsinə əsasən iş vaxtına daxil edilir və əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.