525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sudan məhkəməsi Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) lideri Mohamed Hamdan Daqaloya (Hamidti) qarşı hərbi cinayətlər, soyqırım, insanlığa qarşı cinayətlər və talançılıqla bağlı rəsmi ittiham irəli sürüb.
525.az xəbər verir ki, bu barədə “Sudan Tribune” nəşri məlumat yayıb.
Onun qardaşları Abdel-Rahim və əl-Qoni Daqaloya, eyni zamanda üsyançı təşkilatın digər 13 üzvünə də ittiham elan edilib.
ÇRQ-yə qarşı iş Qərbi Darfurun keçmiş qubernatoru Xamis Abdulla Abkarın qətli ilə bağlıdır. Məhkəmə 2023-cü il aprelin ortalarında Əl Qeneyna şəhərinə hücumun Hamidtinin rəhbərliyi altında həyata keçirildiyini və masalit qəbiləsinin üzvlərinə qarşı yönəldiyini bildirib. Məhkəmənin məlumatına görə, hücum zamanı üsyançılar keçmiş qubernatoru vəhşicəsinə edam edib və onun cəsədini təhqir ediblər.
Hücumun hazırlanmasında Hamidti ilə birlikdə Daqalo qardaşlarının da iştirak etdiyi vurğulanıb. Qalan 13 nəfər hüquq-mühafizə orqanlarına hücuma şəxsən rəhbərlik edib və ya Əl Qeneynadakı cinayətlərdə iştirak ediblər.
Məhkəmə təsdiqləyib ki, ittihamlar tutarlı sübutlara, şahid ifadələrinə əsaslanır. Yekun ifadələr dinlənildikdən sonra iş məhkəmə baxışına göndəriləcək.
Sudanda üsyançı qrup ilə nizami ordu arasında vətəndaş müharibəsi 2023-cü ilin aprelində başlayıb.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.