AZ

Ermənistan XİN rəhbəri Vaşinqtona səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, Ararat Mirzoyan Baş nazir Nikol Paşinyanın rəhbərlik nümayəndə heyətinin tərkibində Vaşinqtonda səfərdə olacaq.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan 7-8 avqust tarixlərində ABŞ-a səfər edəcək. Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.

Eyni zamanda, Paşinyan ABŞ və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli görüşə qatılacaq.

Seçilən
75
6
news24.az

7Mənbələr