ain.az, 525.az saytına istinadən bildirir.
"Müasirləşən dünya məzunlardan yeni ixtisaslara sahib olmaq, ənənəvi ixtisaslardan mümkün qədər uzaq durmağı tələb edir. İxtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır. Diplom xatirinə oxuyub ali məktəbi bitirmək stereotipindən uzaqlaşmaq lazımdır":
525.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, bu gün gənclərin dövrün tələblərinə uyğun ixtisasları seçməsi mütləqdir. Yalnız diplomlu, ali savadlı olmaq yox, eyni zamanda gələcəyin ixtisaslarına da yiyələnmək lazımdır:
"Hazırda informasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən, təşkilati casusluqdan qorumaq üçün lazımlı texniki mövzuları öyrənir. Bu məqamda sözügedən sahə üzrə mütəxəssilərə ehtiyac duyulur. Dövrün ən dəbdə olan sahələrindən biri də nanatexnologiyadır. Bu yeni elm sahəsi maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Dünyada nanotexnoloji layihələrə milyardlarla sərmayə qoyulur. Bu sektor üzrə də mütəxəssislərə tələbat var. Müasir dövrün tələbi bizlərdən daha çevik olmağı, dünyaya gecikmədən inteqrasiyanı tələb edir. Gələcək inkişaf və uğurlu kariyera üçün dövrün tələblərinə cavab vermək lazımdır".
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.