BAKI, 6 avqust. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkəsində Azərbaycana qarşı mühafizəkar və radikal qrupların hücumlarına reaksiya verib.
Teleqraf xəbər verir ki, o, bu qrupların Azərbaycana qarşı addımlar atarkən düşünməyə çağırıb.
“Etdiyimiz işlərin elə nəticələri olur ki, onlardan qaça bilmirik. Böyümə mərhələsi odur ki, biz nəsə demək və nəyisə ifadə etmək istəyəndə dediklərimizin doğruluğuna inanmaqla yanaşı, öz sözlərimizin nəticələrini də düşünməliyik, onların nəticələrini ölçüb-biçməliyik”, - Pezeşkian bildirib.
Bəzi platformadan olan insanlar bir müddətdir davamlı olaraq “Azərbaycan İsrailə müharibədə kömək edib” iddiasındadırlar. Belə bir iddia irəli sürməzdən əvvəl, ilk növbədə, bu iddianı təsdiq edən hansı sənədlər və sübutların olduğunu araşdırmalıyıq. Kəşfiyyat və təhlükəsizlik təşkilatları bu barədə məlumat veriblərmi? Azərbaycanda yaşayan iranlılardan rəyləriniz, reportajlarımız varmı? Azərbaycanın İrana qarşı müharibədə İsraili dəstəklədiyini sübut edən hansı sübutlar var? Təhlükəsizlik qurumları bunu təsdiqləməyib”, - Pezeşkian qeyd edib.