AZ

Kirayə mənzil bazarında qıtlıq yaranacaq, qiymətlər artacaq

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər ilin avqust ayından başlayaraq sentyabr ayının birinci yarısına qədər tələbələrin Bakıya gəlməsi səbəbindən şəhərdə kirayə mənzil bazarında mənzil qıtlığı və qiymət artımı baş verir.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, son illər kirayə mənzil bazarında qiymət artımı daha çox müşahidə olunur. Ekspertin fikrincə, tələbələrin gəlməsi ilə yanaşı kirayə mənzil bazarında qiymət artımlarının bir neçə səbəbi var:

"Əsas səbəblərdən biri Bakıda aparılan söküntülərdir. Çox sayda yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsi həmin sakinlərin kirayə mənzil bazarına üz tutmasına gətirib çıxarır və həmin insanlar uzunmüddətli kirayəyə çıxmağa məcbur olublar”.

Mütəxəssis qeyd edib ki, digər tərəfdən sökülən binaların yerində inşa olunan yeni tikililərdə kirayə qiymətləri köhnə tikili binalardakı qiymətlərdən iki dəfə baha qiymətə təklif olunur: "Başqa bir məsələ isə kirayə qiymətləri mənzillərin satış qiymətləri ilə əlaqədardır. Mənzillərin satış qiymətində artım baş verdikcə, kirayə qiymətlərində də artım baş verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
qaynarinfo.az

2Mənbələr