"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın başç məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
O, sabakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Sabahkı oyuna yaxşı hazırlaşmışıq. "Omoniya"ya qarşı əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.