UEFA Konfrans Liqasının III təsnifat mərhələsi üzrə keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşçqisi Elmar Baxşıyev jurnalistlər önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis mətbuat konfransında sabahkı oyunla bağlı fikirlərini bölüşüb:
"Komanda olaraq sabahkı oyuna hazırlıqlarımız qaydasında gedir. Ən yaxşısını eləməyə çalışacağıq. Tanıdığımız rəqibdir. Düzdür, "Qəbələ" ilə oynadığım komanda deyil. Rəqibi incələmişik. Lazımi məlumatları komandama verdiyimi düşünürəm. Qarşıdakı rəqib özünə hörmət edən, yaxşı təşkil olunmuş komandadır. Komanda olaraq uğurlu nəticə əldə eləməyin mümkün olduğuna inanırıq".
Qeyd edək ki, sözügedən matç avqustun 7-si saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.