AZ

Slovakiya səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim etdi

Slovakiyanın Bakıya yeni təyin olunmuş səfiri Elçin Qasımov etimadnaməsinin surətini Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib.

News24.az Slovakiyanın Bakıdakı diplomatik missiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, diplomat etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevə təqdim edib.

Qeyd edək ki, Elçin Qasımov əslən Kəlbəcər rayonundandır. O, bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

Seçilən
70
5
news24.az

6Mənbələr