BAKI. 6 avqust. TELEQRAF
"Sabahkı oyuna hazırlıqlar plan üzrə gedir. Düşünürəm ki, komandamız sabah meydana çıxıb əlimizdən gələn hər şeyi edəcək. Qələbə üçün sonadək mübarizə aparacağıq".
Teleqrafxəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə oyundan öncə mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını qeyd edib: “Mən əsasən öz komandamın nə etmək istədiyini deyə bilərəm. Qarşımızdakı rəqib yaxşı təşkilatlanmış komandadır. Amma biz də bir komanda olaraq inanırıq ki, bu çətinliyin öhdəsindən gələcəyik".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" qarşılaşması 7 avqustda saat 20:00-da “Dalğa Arena”da baş tutacaq. Tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada keçirəcək.