Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası (MSK) yekdilliklə Serb Respublikasının (RS) prezidenti Milorad Dodikin səlahiyyətlərini dayandırıb.
Apellyasiya Məhkəməsi Dodikin "Ali Nümayəndəlik Ofisinin (AHR) qərarlarına hörmətsizlik" ittihamı ilə bir il həbs cəzası və 6 illik siyasi vəzifə tutma qadağasını qüvvədə saxladıqdan sonra MSK üzvləri paytaxt Sarayevoda toplaşıblar.
İclasdan sonra komissiya Dodikin SR prezidentliyindən uzaqlaşdırıldığını rəsmən elan edib.
Separatçı bəyanatları ilə tanınan Milorad Dodik daha əvvəl 1992-1995-ci illər Bosniya müharibəsinə son qoyan Deyton Sülh Müqaviləsi ilə yaradılmış Ali Nümayəndələr Ofisinin (OHR) legitimliyini, habelə ali nümayəndə Kristian Şmidtin səlahiyyətlərini inkar edib.
Dodikin Serb Respublikasının Bosniya və Herseqovinadan ayrılması ilə bağlı davamlı çağırışlarına cavab olaraq, “OHR-nin qərarlarına hörmətsizlik” maddəsi ilə cinayət işi açılıb və onun çərçivəsində hökm çıxarılıb.
Məhkəmə prosesi 2023-cü ilin dekabrında başlayıb və fevralın 26-da Bosniya və Herseqovina Məhkəməsi Dodiki təqsirli bilib, onu bir il müddətinə həbs edib və altı il siyasi fəaliyyətə qadağa qoyub. Apellyasiya məhkəməsi avqustun 1-də bu hökmü qüvvədə saxlayıb.
Rizvan CƏFƏROV,
“Azərbaycan”