AZ

Amerikalılar Suriyada üç bazanı kürdlərə təhvil verdi

ABŞ ordusu Suriyada yerləşən üç hərbi bazanı bağlayıb və onları kürd "Suriya Demokratik Qüvvələri"nin (SDQ) nəzarətinə verib. Bu addım bölgədəki hərbi kontingentin azaldılması planı çərçivəsində atılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun hesabatında məlumat verilir.
 

Sənəddə bildirilir ki, ABŞ və İŞİD-ə qarşı beynəlxalq koalisiyaya daxil olan tərəfdaş ölkələrin hərbçiləri may ayında Mission Support Site Green Village, H2 və Mission Support Site Euphrates adlı bazaları tərk ediblər.


ABŞ qüvvələri bu obyektlərdəki infrastrukturu ya söküb aparıblar, ya da SDQ-yə təhvil veriblər. Qeyd edək ki, SDQ ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının tərkibinə daxildir.
 

Hesabatda vurğulanır ki, bu bazalarda yerləşən hərbçilər ya Suriyanın və İraqın digər bölgələrinə köçürülüblər, ya da xidmətlərini başa vuraraq evlərinə qayıdıblar. Lakin dəqiq say açıqlanmır.


Amerika mediası yazır ki, Pentaqon ümumilikdə təxminən 500 hərbçini bölgədən çıxarıb. Hazırda Suriyada təxminən 1400 ABŞ hərbçisi qalmaqdadır. ABŞ-ın planına əsasən, yaxın vaxtlarda bu say bir bazaya və min nəfərdən az personala endiriləcək.
 

Qoşunların çıxarılması Suriyada keçid dövrünün gərginliyi fonunda baş verir. Xatırladaq ki, ötən ilin dekabrında ölkədə Bəşər Əsədin devrilməsi ilə yeni hökumət formalaşıb və bu gündən bəri ölkə məzhəb qarşıdurmalarının qarşısını almaqda çətinlik çəkir.


Hesabatda həmçinin bildirilir ki, ABŞ qüvvələri SDQ ilə ərəb tayfa liderləri arasında münasibətlərin gərgin olduğu bir bölgəni tərk ediblər. Ərəb tayfaları kürd qüvvələrini işğalçı hesab edir və onları resursları seçici şəkildə bölməkdə, mədəni üstünlüklərə əsaslanaraq müdafiə göstərməkdə ittiham edirlər.

Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr