"Sabahkı oyuna hazırlıqlar plan üzrə gedir. Düşünürəm ki, komandamız sabah meydana çıxıb əlimizdən gələn hər şeyi edəcək. Qələbə üçün sonadək mübarizə aparacağıq".
Teleqraf xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə oyundan öncə mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını qeyd edib: “Mən əsasən öz komandamın nə etmək istədiyini deyə bilərəm. Qarşımızdakı rəqib yaxşı təşkilatlanmış komandadır. Amma biz də bir komanda olaraq inanırıq ki, bu çətinliyin öhdəsindən gələcəyik".
Baxşıyev komandada əsas və ehtiyat oyunçu anlayışının olmadığını diqqətə çatdırıb: "Bizim anlayışımıza görə, komandada “ilk 11-lik” və “ehtiyat oyunçu” anlayışı yoxdur. Mənim qərarım meydanda hər şeyi verməyə hazır olan futbolçulara əsaslanır İndi elə bir mərhələdəyik ki, daha çox bu günü yox, sabahı düşünməliyik. Komanda olaraq tamamilə sabahkı oyuna köklənmişik".
Baş məşqçi azarkeşlərdən də danışıb: "Oyuna gələn azarkeşlər komandamız üçün 12-ci oyunçu rolunu oynayır. mənim komandam azarkeşlərin çoxluğunu və dəstəyini həmişə sevir".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" qarşılaşması 7 avqustda saat 20:00-da “Dalğa Arena”da baş tutacaq. Tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada keçirəcək.