İngiltərədə 16 yaşlı gənc lotereyadan 1.8 milyon funt ( təxminən 90 milyon manat) qazanıb. Lakin əldə etdiyi bu böyük uduş Kelli Rocersi xoşbəxt etməyib.
News24.az xəbər verir ki, o, böyük pullar qazansa da, onu necə xərcləmək lazəım olduğunu bilməyib. Varlanmaq arzusunun yerinə yetməsi onun başını gicəlləndirib. Gənc bütün uduşu, əyləncəyə, bahalı əşyalara və dostlarına xərcləyib.
Rəngarəng, bahalı gecə həyatı isə Kellini yolundan azdırıb. Qısa müddətdə o, içki düşgünü, maddə asılısı və avara həyat tərzi keçirən birinə çevrilib. Bu səbatsız həyatı üzündən zorakılıq görüb və və sağlamlıq problemləri yaşayıb. Nəticədə havaya sovurduğu pullar və bər-bəzəkli həyatı qısa müddətdə sona çatıb. O, adi həyata qayıdıb. Ötən günlərinin eyforiyasından ayılan gənc “pulum bitəndə ilk dəfə rahat oldum”- deyib.
O doğru həyata qayıtdıqdan sonra lotereya oyunlarında yaş həddinin artırılması üçün mübarizə aparıb. Nəticədə İngiltərədə lotereya oynamaq yaşı 18-ə qaldırılıb.
Xeyrənsə Piriyeva