AZ

Qəzza bölgəsinə beş ölkənin humanitar yardımı çatdırılıb

İsrail hərbçiləri Qəzza bölgəsinə havadan humanitar yardımın çatdırılmasını təmin etməyə davam edir.

Day.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti bəyanat yayıb.

Bəyanata əsasən, son saatlar ərzində Fələstin anklavına yerli sakinlər üçün qida vasitələrindən ibarət 107 bağlama paraşutla buraxılıb.

Bu dəfə beş ölkədən - Belçika, Almaniya, İordaniya, BƏƏ və Fransadan humanitar "eyr-droplar" göndərilb.

Seçilən
12
1
day.az

2Mənbələr