AZ

Macarıstan ukraynalı qaçqınlara dəstəyi azaldır

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“Macarıstan ukraynalı qaçqınlara verilən dəstəyi azaltmağa hazırlaşır”.

525.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban “X” sosial şəbəkə hesabında yazıb.

"Ukrayna hücuma məruz qalanda Macarıstan qonşusu üçün etməli olduğunu etdi. Biz ehtiyacı olan minlərlə insana kömək göstərdik, bu gün də bunu davam etdiririk. Bizim məsuliyyətimiz aydındır: kömək etmək, lakin macarların maraqlarını heç vaxt təhlükəyə atmamaq. Bu balansı qorumalıyıq", - Orban yazıb.

Baş nazirin sözlərinə görə, əvvəllər ukraynalılara göstərilən yardımın səviyyəsi çox yüksək olub.

O, əlavə edib ki, Macarıstan qaçqınların Macarıstan vətəndaşları ilə eyni dövlət yardımı aldığı yeganə ölkədir.

Orban ukraynalı qaçqınların indi daha az yardım gözləməli olduqlarını vurğulayıb və əlavə edib ki, dünyada pulsuz heç nə yoxdur.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
525.az

1Mənbələr