AZ

Paşinyan ABŞ a tək getmir O da baş nazirlə birlikdə olacaq

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfərə gedəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Onun sözlərinə görə, Mirzoyan avqustun 7-8-də ABŞ-a səfər edəcək baş nazir Nikol Paşinyanın rəsmi nümayəndə heyətinin tərkibində olacaq.

Nikol Paşinyan Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.

Gündəliyə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi daxildir. Əliyev, Paşinyan və Trampın iştirakı ilə üçtərəfli görüş də gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
1
globalinfo.az

2Mənbələr