UEFA Konfrans Liqasının III təsnifat mərhələsi üzrə keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" oyunundan öncə qonaq komandanın baş məşçqisi jurnalistlər önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, Henninq Berq mətbuat konfransında sabahkı oyunla bağlı fikirlərini bölüşüb:
"Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Torpeda"ya qarşı yaxşı çıxış etdik. "Araz-Naxçıvan" "Aris" ilə çox yaxşı oynadı. Həm səfərdə, həm də evdə. Komanda oyunu yaxşı idi, keyfiyyətli oyunçuları vardı. Enerjili komandadır, bu vacib amillər "Araz-Naxçıvan"ın mərhələ adlamasına gətirib çıxardı. Rəqib çox yaxşı komandadır. Biz sabahkı oyuna hazır olmalıyıq. Hədəfimiz qələbə qazanmaqdır".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" oyunu avqustun 7-si saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.