ABŞ prezidenti Donald Tramp Rusiya neftinə görə Hindistana əlavə 25 faizlik gömrük rüsumunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
AzPost bildirir ki, bu barədə BBC məlumat yayıb.
“Mən hesab edirəm ki, Rusiyadan birbaşa və ya dolayı yolla neft idxal edən Hindistandan malların idxalına əlavə advalor rüsumunun tətbiqi zəruri və məqsədəuyğundur”, – deyə BBC xəbər verir.
Bundan əvvəl Tramp Hindistanın Rusiya neftini almaqla Rusiyanın Ukraynaya qarşı müharibəsini dolayısı ilə dəstəklədiyini iddia etmişdi.
Hindistan ABŞ-ın Rusiyadan bəzi mallar aldığını xatırladaraq bu iddiaları təkzib edib.
Trampın sərəncamında deyilir ki, Hindistandan ABŞ-ın gömrük ərazisinə gətirilən mallara 25 faiz əlavə advalor rüsum tətbiq edilir.