ain.az, 525.az portalına istinadən məlumat verir.
Hindistanın Uttarakhand əyalətində 4 nəfərin həyatına son qoyan güclü yağışın səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 100-ə yaxın insan itkin düşüb.
525.az xəbər verir ki, ştatın Dharali bölgəsində qəfil yağan leysan nəticəsində yaranan daşqın və torpaq sürüşmələrindən sonra axtarış-xilasetmə işləri davam edir. Səlahiyyətlilər 4 nəfərin ölümünə səbəb olan fəlakətin ciddi səviyyədə olduğunu və 100-ə yaxın adamdan xəbər alınmadığını açıqlayıb.
Belə ki, axtarış-xilasetmə işləri çərçivəsində bölgəyə göndərilən 11 ordu personalının da itkin düşdüyü, onlardan ikisinin daha sonra xilas edildiyi bildirilib.
Qeyd edək ki, rəsmilər daşqınlarda evlərin və yaşayış yerlərinin dağıldığını, ştatın bir çox bölgəsində təhsilin dayandırıldığını söyləyiblər.
Məhəmməd Tağıyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.