AZ

Buzlar sirri açdı: 28 il əvvəl itkin düşən kişi tapıldı

Buzlar

28 il əvvəl itkin düşən kişinin cəsədi Pakistanda yerləşən uzaq və dağlıq Kohistan bölgəsində əriyən buzlağın içindən tapılıb. Bu barədə BBC məlumat yayıb.“Məqalədə qeyd olunur ki, bir çoban ölkənin şərqində yerləşən və “Qadınlar vadisi” adlandırılan ərazidə toxunulmamış geyimləri ilə heyrətamiz dərəcədə yaxşı qorunmuş bir cəsədə rast gəlib.”Cəsədlə birlikdə Nasiruddin adına şəxsiyyət vəsiqəsi də tapılıb. Polis bu şəxsin 1997-ci ilin iyununda qar fırtınası zamanı buzlaq çatına düşərək yoxa çıxan şəxs olduğunu müəyyən edib. Nasiruddinin ailəsi – həyat yoldaşı və iki övladı var imiş. O, yoxa çıxdığı gün qardaşı Katiruddinlə birlikdə at belində səyahət edirmiş. Polis hesab edir ki, ailə münaqişəsi qardaşların evi tərk etməsinə səbəb olub.Onlar mağaraya çatdıqda Nasiruddin içəri daxil olub və geri qayıtmayıb. Qardaşı onu axtarmağa çalışsa da, nəticə əldə edə bilməyib və kömək axtarmağa gedib. Axtarışlar nəticəsiz qalıb.Ulusum.az

Diqqət Çəkənlər

Qəbələdə meşədə köməksiz qalan şəxs xilas edildi - VİDEO

Ukraynada Azərbaycandan qaz qəbul edən stansiya dronlarla vuruldu

Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi

Seçilən
56
ulusum.az

1Mənbələr