AZ

Həsənovun türk müşaviri: 2,7 il həbs, Bakıya göndəriş və ordu generalı... Bəxtiyar Paşanın qəribə taleyi

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

General Bəxtiyar Ərsay türk generalıdır, amma Azərbaycanın müdafiə nazirinin müşaviridir. Bu yaxında Türkiyə prezidenti tərəfindən ona "Ordu generalı" yüksək rütbəsi verilib.

Bakupost.az xəbər verir ki, bu barədə ekspert İlqar Altay məlumat paylaşıb.

O bildirib ki, Bəxtiyar Ərsay “Balyoz” hadisələrində həbs olunub, istintaqdan sonra günahı sübuta yetirilmiş hesab edilərək 16 il həbs qərarı verilib:

“Hamı da düşünüb ki, illəri də, vəzifəsi də əldən getdi. Və... həbsindən cəmi 2 il 7 ay sonra azadlığa çıxıb. Azadlığa çıxan kimi təmkinlə bu sözləri deyib: "Mən türk zabitiyəm. Dövlətdən, vətəndən küsmürəm, başımıza haqsız işlər gətirilsə də. Hər şərtlərdə "Vətən sağ olsun” demişəm, deyirəm, deyəcəm”.

Görünür ki, dövlət onu günahsız və haqsız həbs edibmiş. Bu, həm onu dövlətin tez azad etməsi, həm də özünün "başımıza haqsız işlər gəldi" deməsindən görünür... Dövlət də səhv edərmiş.

Və... 90 milyonluq böyük dövlət təkəbbürünü kənara qoyub öz səhvini düzəldib, rütbəsini bərpa edib, orduya alınıb! Üstəlik, dövləti etimad göstərib də qardaş Azərbaycana ordu müşaviri göndərib. Və bu etimadın verdiyi ruh, mərdlik hissi ilə, öz dövləti və Azərbaycana da yüksək vicdan hissilə xidmət edir general Ərsay”.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
www.bakupost.az

1Mənbələr