AZ

“Neftçi” daha bir legionerlə danışıq aparır

"Neftçi"nin danışıq apardığı daha bir legionerin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, "ağ qaralar" gənc yarımmüdafiəçi Momo Saconun xidmətində maraqlıdır.

23 yaşlı futbolçu son olaraq Portuqaliyanın "Vilaverdense" klubunda çıxış edib və hazırda azad agentdir.

Onun peşəkar karyerası yalnız Portuqaliya ilə bağlıdır.

Mali millisinin gənclər yığmasında çıxış etmiş Sacko mərkəz yarımmüdafiə mövqeyində oynayır və texniki bacarığı ilə seçilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
41
2
bizim.media

3Mənbələr