Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yol polisi əməkdaşını yük maşınının kabinəsinin pilləkənlərində saxlayaraq 5 kilometr yol qət edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Tambov vilayətində baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.
Nəzarət buraxılış məntəqəsində yol polisi əməkdaşları benzin daşıyan yük maşınına “Saxla” əmri veriblər və sürücü saxlayıb. Maşının kabinəsinin pilləkənlərinə çıxan polis əməkdaşı sənədləri yoxlamaq üçün tələb etmək istədikdə sürücü sürəti artıraraq uzaqlaşmağa başlayıb. Pilləkəndə qalan əməkdaş nə qədər çalışsa da qayda pozan sürücü maşını saxlamayıb. Bundan əlavə, o, bu hərəkətlərini telefon vasitəsi ilə də qeydə alaraq sosial şəbəkədə paylaşıb. Beləliklə, sürücü polis əməkdaşını təxminən 5 kilometr bu vəziyyətdə aparıb.
Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Benzindaşıyan yük maşını sürücü ilə birlikdə saxlanılıb. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.