AZ

"Friends" serialının ulduzu daha bir xəstəlikdən əziyyət çəkdiyini açıqladı

Məşhur aktrisa Kristina Epplqeyt bir müddət öncə böyrək infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə "People" 53 yaşlı aktrisanın açıqlamasını yayımlayıb.

Aktrisanın dediyinə görə, bir müddət əvvəl o, Avropada dostlarının qonağı olarkən özünü pis hiss edib. ABŞ-a qayıtdıqdan sonra aktrisa dərhal həkimə müraciət etməyib. Lakin bu yaxınlarda sağ tərəfində şiddətli ağrı ilə oyanıb. O, əvvəlcə ağrıları appendisitlə əlaqələndirib.

"Çox pis ağrıyırdım, ağrıdan qışqırırdım və səhər saat ikidə mənim üçün təcili KT təyin etdilər", - sənətçi bildirib.

Onun hər iki böyrəyində infeksiya olduğu üzə çıxıb.

Bir neçə il əvvəl Epplqeyt dağınıq sklerozla mübarizə apardığını açıqlamışdı. 2024-cü ildə o, anoreksiyadan əziyyət çəkdiyini də etiraf etmişdi.

Seçilən
43
publika.az

1Mənbələr