AZ

"Qurulan sistem tədricən effekt verir"

"Sabah"ın müdafiəçisi Stiv Solvet Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Petrokub"u məğlub edərək (4:1)növbəti mərhələyə vəsiqə qazandıqları matçdan sonra Sportinfo.az-a açıqlama verib.

29 yaşlı legioner ilk olaraq qarşılaşmanı şərh edib:

"Heç bir oyun asan olmur. Sadəcə, oyunun əvvəlində vurduğumuz qol bizim işimizi xeyli asanlaşdırdı".

Yeni transfer tədricən daha yaxşı kollektiv olacaqlarının mesajını da verib:

"Toplanışın müddətindən məşqçilər korpusu, baş məşqçimiz bizə çox yaxşı hazırlıq keçir.

Qurduğumuz sistem tədricən effekt verir və bu da gələcək üçün müsbət haldır".

XANOĞLAN

Seçilən
5
sportinfo.az

1Mənbələr