AZ

Trampla Zelenski arasında telefon danışığı oldu

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Moderator.az xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid X hesabında məlumat paylaşıb.

Ravid bildirib ki, telefon danışığı Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüş çərçivəsində baş tutub.

Qeyd edək ki, avqustun 5-də də Vladimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Seçilən
3
2
moderator.az

3Mənbələr