ain.az, 525.az saytına istinadən bildirir.
Ötən il itkin düşmüş Nikola İvaldonun cəsədi süni intellektin köməyi ilə aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı həkim sentyabrın 24-də Alp dağlarının İtaliyaya düşən hissəsində, Mon Vizo dağına dırmaşarkən yoxa çıxmışdı.
1 il ərzində onun axtarışları nəticə verməyincə, xilasedicilər süni intellektə müraciət etmək qərarına gəliblər. 2 dron vasitəsilə İvaldonun itkin düşdüyü ehtimal olunan 183 hektar ərazinin 2600 fotosu çəkilib və sistemə yüklənib. Süni intellekt demək olar ki, dərhal şübhəli yeri göstərib. Cəmi yarım gün sonra isə İvaldonun cəsədi Mon Vizonun şimal hissəsində, 3150 metr yüksəklikdə tapılıb.
Qeyd edək ki, süni intellekt doğru yeri mərhumun qarın üzərində cüzi bir hissəsi görünən şlemi vasitəsilə aşkarlayan bilib.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.