Qəzza zolağına havadan humanitar yardımın atılması onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirir və yeni mülki itkilərə səbəb olur.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Qəzza Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, göydən atılan konteynerlərin yaşayış binaları və çadır şəhərciklərinin üzərinə düşməsi halları qeydə alınıb.
“Humanitar yardımın havadan atılması yardım almağa çalışarkən yaranan sıxışma nəticəsində mülki insanların xəsarət almasına səbəb olur. Bəzi hallarda ölüm halları qeydə alınır. Bundan başqa, konteynerlər yaşayış binaları və çadır şəhərciklərinə düşür, qurbanlar arasında qadınlar və uşaqlar da var”, - məlumatda vurğulanıb.
QAZİLER.AZ