AZ

Saakaşvilidən Azərbaycan açıqlaması: Çox yaxında tarixi hadisə baş verəcək

“Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”.

Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq.

Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.

Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, - sabiq prezident bildirib.

M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir.

"Cebheinfo.az" 

Seçilən
82
10
cebheinfo.az

10Mənbələr