AZ

Tramp: Rusiya ilə böyük irəliləyiş əldə olunub

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Vitkoffla Rusiya prezidenti Vladimir Putinin görüşü ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, görüşün məhsuldar keçdiyini deyən Tramp Rusiya ilə böyük irəliləyiş əldə edildiyini bildirib.

ABŞ prezidenti bu barədə Truth Social sosial media platforması vasitəsilə açıqlama verib.

Donald Tramp Avropalı müttəfiqlərini görüşlə bağlı məlumatlandırdığını bildirib.

ABŞ prezidenti, "Hər kəs bu müharibənin sona çatması ilə razıdır. Önümüzdəki günlərdə və həftələrdə bunun üçün çalışacağıq" dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
36
turkustan.az

1Mənbələr