AZ

Bu ili ölkə atəşkəslə bağlı baza konsensus əldə edib

Tailand və Kamboca nümayəndə heyətləri arasında iki ölkə sərhədində atəşkəsin həyata keçirilməsi və monitorinqi ilə bağlı ilkin danışıqlarda əsas konsensus əldə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Malayziya Silahlı Qüvvələrinin komandanı general Mohd Nizam Cəfər “Bernama” dövlət agentliyinə açıqlamasında bildirib.

Danışıqlar avqustun 4-dən 7-dək Kuala-Lumpurda keçirilən ikitərəfli Tailand-Kamboca Sərhəd Komitəsinin fövqəladə iclası çərçivəsində aparılır.

Tailand və Kambocanın müdafiə nazirlərinin sədrliyi ilə yekun iclas avqustun 7-də Cənub-Şərqi Asiya Dövlətlərinin Assosiasiyasının (ASEAN) sədri Malayziyadan olan müşahidəçilərin, eləcə də ABŞ və Çinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Generalın sözlərinə görə, atəşkəs rejiminin icrasına nəzarət üzrə texniki tapşırıqla bağlı artıq razılıq əldə olunub. “Onu ASEAN ölkələrinin hərbi attaşelərindən olan müvəqqəti və daimi müşahidəçilər qrupu həyata keçirəcək. Onlar ilkin və sonrakı dövrlərdə sərhəddə vəziyyətə nəzarət edəcəklər”.

İlkin danışıqlar avqustun 4-dən 6-dək hər iki tərəfin 40 nümayəndəsinin iştirakı ilə qapalı formatda aparılıb.

Seçilən
4
5
ikisahil.az

6Mənbələr