AZ

Sirkə turşusundan arıqlamaq üçün istifadə edənlərə XƏBƏRDARLIQVİDEO

Sirkə turşusundan arıqlamaq üçün istifadə edənlər var. Bəzən sağlamlıq üçün istifadə edənlər zəhərlənir, arıqlamaq üçün istifadə isə ölümlə nəticələnir.

Bəs, sirkə turşusu həqiqətən də insanların arıqlamasına kömək edə bilərmi?

Xezerxeber.az-ın xəbərinə görə, dietoloq Tutu Zeynalova deyir ki, arıqlamaq üçün edilən diyet proqramlarında sadəcə alma sirkəsi var.

Onun sözlərinə görə, kimyəvi sirkədən arıqlamaq üçün istifadə etmək təhlükəlidir. Sirkə turşusu, xüsusilə, yüksək miqdarda qəbul edildikdə mədə-bağırsaq sistemində ciddi yanıqlara, qıcqırma və hətta daxili qanaxmalara səbəb ola bilər.

Bir sözlə, özbaşına, təsdiqlənməmiş üsullara əl atmaq olmaz. Xüsusilə də belə güclü kimyəvi maddələrdən istifadə ölümcül fəsadlar törədə bilər.

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

Seçilən
10
xezerxeber.az

1Mənbələr