AZ

AFFA-nın sabiq mətbuat katibi “Qəbələ”də

  “Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

Referans klubun rəsmi saytına istinadən xəbər verir ki, Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib.
O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.  

Seçilən
24
25
referans.az

10Mənbələr