AZ

"Nəsə olan kimi məni sənətimlə vururlar" - VİDEO

Xəbər verdiyimiz kimi, rəqqasə Rəna Ağamuradova (Renka) blogerləri ələ salıb.

 

Sənətçi sözügedən açıqlamasının ardından blogerlər tərəfindən tənqid olunmasına münasibət bildirib:

 

"Həmin videodan sonra hamı məndən küsüb. Balaca blogerlər məni paylaşıb ünvanıma təhqir yazırlar. Bir şey olan kimi də məni sənətimlə vururlar. Beyinləri yoxdur, başqa nə ilə etsinlər? Nəsə demişəmsə, bu, mənim şəxsi fikrimdir, əcəb eləmişəm. Azərbaycanca danışmışam deyə başa düşməmisiniz. Köhnə blogerlərə nəsə deməmişəm. Onlar niyə küsürlər, anlamıram. Özünüzə əl qatmısınız. Bu sadəcə sizə məsləhət idi. And içirəm ki, yeni çıxan blogerlər maraqsızdırlar. Mən də istəyirəm ki, maraqlı nəsə çəkəsiniz. Niyə özünüzü bu qədər zəif göstərirsiniz? Deyilənlərin sizə necə təsir etdiyini büruzə verməyin. Şou-biznesdə olsanız, nə edərsiniz? Dava-dalaşlarımızı görsəniz... Sonra da öpüşüb-görüşürük. Nəsə deyəndə də cavab veririk ki, "əcəb eləmişəm".

 

Axsam.az

 

Tarix: 6 Avqust 2025, 22:00   
Seçilən
1
1
pravda.az

2Mənbələr