AZ

Tramp Rusiyanı ABŞ üçün milli təhlükə adlandırdı

ABŞ prezidenti Donald Tramp Rusiyanı ölkəsinin milli təhlükəsizliyinə təhdid adlandırıb.

Bu barədə məlumat Ağ Evin rəsmi saytında dərc olunmuş prezident fərmanında yer alıb.

Sənəddə qeyd olunur ki, Tramp Hindistanın Rusiyadan neft almasına görə bu ölkədən idxal edilən mallara 25 faizlik gömrük rüsumu tətbiq olunması barədə qərar qəbul edib. Prezidentin sözlərinə görə, bu qərar Rusiyanın “Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmağa yönəlmiş səyləri” ilə bağlıdır.

“Rusiya hökumətinin fəaliyyəti və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə törətməyə davam edir”, – deyə sənəddə vurğulanır.

Qeyd edək ki, bundan əvvəl Tramp Hindistandan idxal olunan mallara əlavə 25 faizlik gömrük rüsumu tətbiq edilməsi barədə fərman imzalayıb.

Avqustun 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəsmi səfərlə Moskvaya gedib. O, Rusiya prezidenti Vladimir Putinlə görüşərək, Ukrayna böhranı və Rusiya–ABŞ strateji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr