AZ

“Sabah”ın futbolçusu: Bolqarıstandan müsbət nəticə ilə qayıtmaq istəyirik

Bakı, 6 avqust, AZƏRTAC

"Levski" tarixi klubdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Cesse Sekidika UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandası ilə keçirəcəkləri ilk görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, rəqibi yaxşı analiz etdiklərini bildirib: "Levski" haqqında ötən həftədən informasiya toplayırıq. Böyük azarkeş dəstəyi altında oynayacağıq. Mən bunu xoşlayıram. Amma bizim bura gəlməyimizin səbəbi var. Komanda olaraq yaxşı oyun göstərib, Bolqarıstandan müsbət nəticə ilə ayrılmaq istəyirik".

Avqustun 7-də Sofiyadakı Georgi Asparuxov stadionunda keçiriləcək "Levski" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Seçilən
3
2
azertag.az

3Mənbələr