AZ

Çində baş verən sürüşmədə 7 nəfər torpaq altında qalıb

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Çinin Quanqdonq vilayətinin paytaxtı Quanqcou şəhərində güclü yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində 7 nəfər torpaq altında qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin bəzi ərazilərində şiddətli yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Quanqcou şəhərinə bağlı Bayyun rayonunda baş verən sürüşmələr zamanı 14 nəfər torpaq altında qalıb, onlardan 7-si xilas edilib.

Rəsmilər torpaq altında qalan digər 7 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.

Ləman İlkin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
525.az

1Mənbələr