Güclü külək gələn ay yetişəcək meyvələri yerə töküb.
Xezerxeber.az xəbər verir ki, görüntülər Qubadakı armud bağlarındandır.
Min bir zəhmətlə yetirdiklərilən meyvələr bir anın içində yerə tökülərək fermerlərin gözləri önündə məhv olur.
Təsərrüfat sahibləri bildirir ki, güclü küləkli hava sentyabrda yetişicək məhsulu məhv edib. Ağaclarda çox az miqadarda meyvə qalıb. Bu da təsərrüfat sahiblərini ciddi ziyana salıb. Məhsul yetişmədiyindən sata da bilmirlər.
Fermerlər deyir ki, güclü külək təkcə bu ilki deyil növbəti ilin də məhsuldarlığına mənfi təsir göstərib.
Mütəxəssislər çıxış yolu kimi fermerlərə bağlarını vaxtında siğortalamağı məsləhət görürlər.
Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.