AZ

“Microsoft” “Windows”un gələcəyindən danışdı


“Microsoft” korporasiyası beş il ərzində “Windows” əməliyyat sistemini necə görəcəyi barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Windows Central” nəşri məlumat yayıb.
Şirkətin “YouTube” kanalında “Microsoft”un vitse-prezidenti Devid Uestonun “Windows” üçün planlarını açıqladığı bir video paylaşılıb.
Ueston bildirib ki, yaxın gələcəkdə - bəlkə də 2030-cu ilə qədər - ƏS siçan və klaviatura olmadan işləyəcək:
“Onlarla əlaqə qurmaq vərdişi bizə 2025-ci ildə MS-DOS-dan istifadə etmək qədər qəribə görünə bilər”.
İT nəhənginin nümayəndəsi həmçinin hesab edir ki, “Windows” süni intellektlə (Sİ) daha da sıx işləyəcək. Uestonun proqnozuna görə, istifadəçilər müxtəlif rutin tapşırıqları yerinə yetirəcək süni intellekt agentləri yarada biləcəklər. Eyni zamanda, adamın əmr vermək üçün xüsusi biliyə malik olması lazım olmayacaq: o, agentlə canlı həmsöhbət kimi ünsiyyət quracaq:
“Mən səmimi qəlbdən inanıram ki, “Windows” və digər “Microsoft” əməliyyat sistemlərinin gələcək versiyası multimodal şəkildə qarşılıqlı fəaliyyət göstərəcək”.
Seçilən
65
44
yeniavaz.com

10Mənbələr