AZ

Zelenski: Moskvanın ritorikası atəşkəsə yönəlib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın mövqeyində dəyişiklik olduğunu və hazırda atəşkəsə daha çox meyilli göründüyünü bəyan edib.

Bu barədə o, ABŞ-ın keçmiş prezidenti Donald Trampla telefon danışığından sonra axşam videomüraciətində bildirib.

“Burada, Sumı vilayətindəki briqadalarımızdan qayıdarkən prezident Trampla danışdım. Bu söhbət ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfərindən sonra baş tutdu. Tərəfdaşlarımızla ortaq mövqeyimiz tam aydındır – müharibə başa çatmalıdır. Müharibə ədalətli şəkildə bitməlidir”, – deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, Moskvadan səslənən fikirlərə əsaslanaraq, Rusiya indi atəşkəsə daha çox maraq göstərir.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr