ABŞ-ın Corciyadakı “Fort Stüart” hərbi bazasında atışma baş verib.
Bu barədə “Associated Press” nəşri məlumat yayıb.
İlkin məlumata görə, beş əsgər güllə yarası alıb, atəş açan şəxs saxlanılıb. Hazırda silahlı hücumun digər iştirakçılarının axtarışı aparılır.
Baza administrasiyası ərazinin tam bağlanmasına tapşırıq verib. Personala qapalı yerdə qalmaq, bütün pəncərə və qapıları bağlamaq əmr olunub.
Nəşr qeyd edir ki, Savannadan 40 mil cənub-qərbdə yerləşən “Fort Stüart” bazası Missisipi çayının şərqindəki ən böyük ordu qarnizonudur. Onun ərazisində ABŞ ordusunun 3-cü piyada diviziyasının bölmələri yerləşdirilib və hərbçilərin ailələri də yaşayır.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta