AZ

Aqrar Sığorta Fondu 2025-ci ilin ilk 6 ayında 13,1 milyon manat sığorta haqqı toplayıb – Zərər ödənişləri 55% artıb

Finss.az - 2025-ci ilin yanvar-iyun ayları ərzində Aqrar Sığorta Fondu 13,1 milyon manatdan çox sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18 faiz artımı göstərir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bitkiçilik üzrə sığorta haqqı 13%, heyvandarlıq üzrə isə 65% artıb.

Hesabat dövründə təsərrüfatlara dəyən zərərə görə ümumilikdə 4,435 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu məbləğin 4,245 milyon manatı əkin sahələri üzrə, 190 min manatı isə heyvandarlıq üzrə ödənilib. Zərər ödənişlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artıb.

Cari ilin ilk 6 ayında Fond tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr üzrə toplanan sığorta haqqı 11,475 milyon manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib.

Hesabat dövründə 3 231 baş heyvan sığortalanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 84% artım deməkdir. Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1,64 milyon manat olub, sığorta təminatı məbləği isə 19,747 milyon manata çatıb.

2025-ci ilin ilk yarısında əkin sahələrinə ən çox zərər vuran təbii hadisələr dolu (65%), fırtına (17%), sel-subasma (15%) və leysan (2%) olub.

Seçilən
27
4
fins.az

10Mənbələr