İsrailin Qəzza zolağına endirdiyi hücum nəticəsində Fələstin milli komandasının sabiq üzvü Süleyman əl-Obeyd həyatını itirib. Bu barədə Fələstin Futbol Federasiyası məlumat yayıb.
Federasiyanın bəyanatında bildirilir ki, 41 yaşlı futbolçu İsrailin hücumu zamanı humanitar yardım gözləyərkən həlak olub.
Qəzza şəhərində anadan olan əl-Obeyd Fələstin futbol tarixində ən parlaq simalardan biri hesab olunurdu. O, milli komandanın heyətində 24 rəsmi oyunda çıxış edib və 2 qol vurub. Mərhum futbolçu evli idi və beş övladı vardı.
Bununla yanaşı, Qəzzada aclıq səbəbindən həyatını itirənlərin sayı da artır. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bəri aclıqdan ölən fələstinlilərin sayı 193 nəfərə çatıb. Onlardan 96-sı uşaqlardır.
//Samir Qurbanov, Editor.az