AZ

Zelenski Trampla telefon danışığının təfərrüatlarını açıqladı

Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, onun sözlərinə görə, söhbət zamanı Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.

"Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır".

Zelenski vurğulayıb ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq: "Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Milli.Az

Seçilən
23
6
milli.az

7Mənbələr