AZ

Kərəm üçün qalxan təyyarə İstanbula qayıdır - SON DURUM

"Fənərbağça" Kərəm Aktürkoğlu transferi üçün Lissabona göndərdiyi xüsusi təyyarəni İstanbula geri çağırıb.

Fanat.Az xəbər verir ki, tərəflər arasında razılaşma əldə olunmadığı üçün transfer baş tutmayıb.

Bu barədə məlumatı tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.

Xəbərə əsasən "Fənərbağça" Kərəmin transferi reallaşacağı təqdirdə onu Çempionlar Liqası heyətinə vaxtında yazmaq üçün xüsusi jetlə vaxt qazanmaya çalışıb.

Lakin danışıqlardan istənilən nəticə çıxmadığına görə klub təyyarəni geri göndərib.

Hazırda Kərəm Aktürkoğlunun gələcəyi ilə bağlı yekun qərar verilməyib.

Kamil Xudiyev

Seçilən
6
fanat.az

1Mənbələr