ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə gələn həftə görüşmək istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə etibarlı mənbələrə istinadən “The New York Times” məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, bundan sonra Tramp, Putin və Ukrayna Prezidenti Vlodimir Zelenski ilə Avropa liderlərinin iştirakı olmadan görüş keçirmək niyyətindədir.
Mənbə qeyd edir ki, Ukrayna və Rusiya liderlərinin Ağ Ev rəhbərinin təklifini dəstəkləyib-dəstəkləməyəcəyi hələlik məlum deyil.