Ajans.az xəbər verir ki, A. Məmmədovun nəşi bu gecə Bakı şəhərinə oradan isə doğulub, boya-başa çatdığı Gəncə şəhərinə ata evinə gətiriləcək. Mərhum köhnə Səbiskar adlanan qəbristanlıqda torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan A.Məmmədova həkimlər ağciyərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Əslən Gəncə şəhərindən olan A.Məmmədov karate üzrə 3 qat dünya və 5 qat Avropa çempionudur.

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini olub.