Belçikalı futbolçu Аksel Vitsel karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın "La Derniere Heure"yə istinadən yaydığı məlumata görə, “Udineze” klubu təcrübəli futbolçunun xidmətində maraqlıdır.
Artıq yarımmüdafiəçi ilə “Udineze” arasında danışıqlar aparılıb və tərəflər bir illik müqavilə imzalamaq barədə razılığa gəliblər. Müqavilənin müddəti əlavə bir mövsüm uzadıla bilər. Vitsel İtaliya klubuna sərbəst agent statusu ilə qoşulacaq.
36 yaşlı futbolçu son olaraq Madridin “Atletiko” klubunda çıxış edib. Orada o, 116 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.